Cəlilabad rayonunda 14 və 15 yaşlı yeniyetmələr baltalanıb. Hadisəni törətməkdə onların əmiləri şübhəli bilinir.
Baş verən hadisənin təfərrüatı məlum olub. Yeniyetmələrin qohumları Baku TV-yə danışıblar.
Qohumlardan biri olan Sakit Abbasov bildirib ki, hələ də hadisənin şokundadırlar:
"Gedib gördük ki, əmisi uşaqları baltalayıb. Balta uşaqlardan birinin beyni istiqamətində vurulub və onun beyin hissəsi dağılıb. Qız dünyasını dəyişib. Baltalayan şəxsin də iki uşağı var".
Yeniyetmələrin digər qohumu olan Xalid Abbasov uşaqlara xəsarət yetirən əminin içki aludəçisi olduğunu qeyd edib:
"Bir əmi öz qardaşı uşağına necə qıya bilər? Bu, insana yaraşan bir şey deyil. Əmi yeni həbsdən çıxmışdı. Həmçinin, içki içən şəxs idi, hadisə vaxtı da içkili olub.
Uşaqların hər ikisi də sahədə fəhləliklə məşğul olub. Ataları Dağıstanda qalırdı, anaları ilə bir yaşayırdılar".