AZ

BMT-nin maliyyə problemləri üzvlərin borclarını ödəməsi ilə həll oluna bilər - Tramp

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin maliyyə problemləri təşkilata üzv ölkələrin üzvlük haqqı üzrə borclarını ödəməyə məcbur edilməsi ilə həll edilə bilər.

TurkicWorld-un məlumatına görə, Ağ Evin rəhbəri bunu “Politico” qəzetinə telefon müsahibəsində deyib.

“Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə məcbur etdiyim kimi”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp eyni zamanda ABŞ-nin BMT qarşısındakı öz maliyyə öhdəliklərini ödəyib-ödəməyəcəyi məsələsinə aydınlıq gətirməyib.

Seçilən
3
2
turkic.world

3Mənbələr