Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Əgər onlar yanıma gəlib desələr, NATO üzvlərinə ödəniş etdirdiyim kimi, hamıya ödəniş etdirərdim"
ABŞ Prezidenti Donald Tramp BMT-nin maliyyə problemlərini üzvlərini borclarını ödəməyə məcbur etməklə həll edə biləcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Əgər onlar yanıma gəlib desələr, NATO üzvlərinə ödəniş etdirdiyim kimi, hamıya ödəniş etdirərdim", - deyə Amerika lideri bildirib.
Lakin Tramp ABŞ-ın öz borcunu ödəyib-ödəməyəcəyini açıqlamayıb.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş bir müddət əvvəl BMT-nin maliyyə çöküşü astanasında olduğunu bildirmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.