AZ

Çində narkotik qaçaqmalçılığı və adam oğurluğunda təqsirli bilinən dörd nəfər edam edilib

Çin hakimiyyəti narkotik vasitələrin satışı və insanların qaçırılması ilə məşğul olan dörd cinayətkar barəsində çıxarılmış ölüm hökmünü icra edib.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Edam Şençjen şəhərində (cənubdakı Quandun əyaləti) baş tutub. İstintaq materiallarına görə, təqsirləndirilənlər Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, xəsarət yetirmə, dələduzluq, qumar oyunlarının və əxlaqsızlıq yuvalarının təşkili kimi maddələri üzrə də cinayətlər törədiblər.

Rəsmi hesablamalara görə, Myanmadakı cinayətkar dairələrlə əlaqəli olan dələduzların qanunsuz yolla əldə etdikləri vəsaitin həcmi 29 milyard yuanı (Çin Mərkəzi Bankının cari məzənnəsi ilə təxminən 4,2 milyard dollar) ötüb. Bu şəxslər həmçinin təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə də əlaqəli olublar.

Çində narkotiklərin yayılmasına qarşı sərt qanunvericilik mövcuddur. 50 qramdan artıq heroinin istehsalı və satışı üçün maksimum cəza ölüm hökmü ola bilər. Çin hakimiyyəti həmçinin qəsdən adam öldürmə və ya insan alveri ilə məşğul olan cinayətkarları da ən ağır şəkildə cəzalandırır.

Seçilən
10
far.az

1Mənbələr