AZ

Köhnə liftlər...

İnsanların ən çox əziyyət çəkdiyi xidmət sahələrindən bir liftdir. Xüsusilə də yüksək mərtəbələrdə  yaşayanlar lift olmayanda, daha doğrusu, lift işləmiyəndə  daha çox əziyyət çəkirlər. Düzdür, yeni tikilmiş çox mərtəbəli  binalarda liftlər daha müasir və yenidir.

Amma bəzən görürsən ki, o liftlər də istismar zamanı sıradan çıxır və bəzən qəza yaranır. Təbii ki, bununda obyektiv və subyektiv səbəbləri var. Gərək  hər sakin mövcud qaydalara , təlimatlara əməl eləsin.Bəzən görürsən ki, liftə nəzərdə tutulduğundan  artıq sakin minir. Bu da həmin liftin tez sıradan çıxmasına, hətta qəzaya  səbəb olur. Bununla yanaşı  ötən əsrin 80- ci  illərində tikilmiş binaların liftləri daha təhlükəlidir.

Çünki onların çox istismar müddətini artıq çoxdan başa vurub. Ancaq buna baxmayaraq, yenə ondan istifadə edilir.Belə də olanda o liftlər tez  xarab olur. Bir çox hallarda isə liftə minəndə sakinlər mövcud qaydalar əməl etmir, üç nəfər adam əvəzinə , beşi minir. Nəticədə həmin lift ağır yükə tab gətirməyərək  yarıyolda qalır. Hələ bu azmış kimi, elə vaxt olur ki, sakinlər bu liftlərdə ağır əşyalar da aparırlar.

Lakin lift pulun vermək vaxtı gələndə bu borcu ödəməkdən boyun qaçırırlar. Ümumiyyətlə, Bakıda ötən əsrin 80- ci  illərdə inşa olunmuş binaların hamısında köhnə liftlər yenilənməlidir! Təəssüf ki, aidiyyəti qurum bunu eləmir, müxtəlif bəhanələr bundan yayınırlar. Bu da son nəticədə liftdən istifadə edən sakinlərin çətinliklə üzləşməsinə  və narahatlığına gətirib çıxarır!!!

Emil FAİQOĞLU    

Seçilən
11
adalet.az

1Mənbələr