Boris Yeltsinin prezidentliyinin müəyyən dövrlərində ona mütləq təsir edən şəxsin adı açıqlanıb.
Publika.az xəbər verir ki, bu, Yeltsinin təhlükəsizlik rəisi olmuş Aleksandr Korjakovdur. Bunu 1990-cı illərdə Yeltsinin mətbuat katibi vəzifəsini icra edən rusiyalı publisist Marina Yudeniç “Telegram”da xatırlayıb.
Yudeniç həmçinin Korjakovun siyasətdən uzaqlaşdırılması üçün xarici resurslardan istifadə edildiyini iddia edib.
“İkincinin (Korjakovun) birinciyə (Yeltsin) təsiri praktik olaraq mütləq idi. Onu Kremldən uzaqlaşdırmaq əməliyyatı demək olar ki, Vaşinqtonda planlaşdırılmışdı”, - deyə o yazıb.