AZ

Lənkəranda ev yandı - Ölən var 

Lənkəranda fərdi yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan 2 mərtəbəli evdə yanğın olub. 

Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
38
13
unikal.az

3Mənbələr