AZ

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

Fevral ayının ilk tam həftəsi bəzi bürclər üçün uğur, gözlənilməz fürsətlər və sevindirici xəbərlərlə yadda qalacaq.

Bizim.Media xəbər verir ki, planetlərin düzülüşü xüsusilə karyera, maddi qazanc və şəxsi münasibətlər sahəsində şans qapılarını açır. Astrologiyaya görə, bu həftə risk edən, addım atan və özünə güvənənlər uduşlu çıxacaq. 2–8 fevral tarixləri arasında taleyi üzünə gülən ən şanslı bürclər isə bunlardır:

Şir

Bu həftə Şirlər üçün səhnə tamamilə onların olacaq. İşdə diqqət mərkəzinə düşmək, rəhbərlikdən dəstək almaq və gözlənilməz təkliflərlə qarşılaşmaq mümkündür. Maddi baxımdan da şanslı dövrdür.

Oxatan

Oxatanlar üçün yol açılır. Yeni tanışlıqlar, planlaşdırılmamış səfərlər və sürpriz xəbərlər gündəmdədir. Xüsusilə xariclə bağlı işlər və təhsil mövzularında uğur yüksəkdir.

Buğa

Buğalar üçün sabitlik və qazanc həftəsi gəlir. Uzun zamandır gözlənilən bir məsələ həllini tapa bilər. Pul, əmlak və iş müqavilələri baxımından şanslı təsirlər var.

Dolça

Günəş Dolça bürcündə parladığı üçün bu həftə Dolçalar üçün “ya hamısı, ya heç nə” dövrüdür. Cəsarətli qərarlar böyük qazanc gətirə bilər. Şəxsi həyatda da müsbət sürprizlər gözlənilir.

Xərçəng

Xərçənglər üçün emosional rahatlıq və daxili balans ön plandadır. Ailə, ev və şəxsi münasibətlərdə sevindirici inkişaflar mümkündür. Qismət gözlənilmədik anda gələ bilər.

Bizim.Media

Seçilən
23
2
bizim.media

3Mənbələr