AZ

İndoneziya “Grok” çatbotunun fəaliyyətinə yenidən icazə verdi

Bakı. Trend:

İndoneziya amerikalı milyarder İlon Maska məxsus “xAI” şirkətinə“Grok” çatbotunun ölkə ərazisində fəaliyyətini bərpa etməyə icazəverib.

Trend xəbər verirki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar hökumətin çatbot vasitəsilə ölkə ərazisindəseksual xarakterli məzmunun yaradılmasının qadağan ediləcəyinə dairtəminatlar almasından sonra qəbul olunub.

Hökumətin açıqlamasında vurğulanır ki, “Grok”un fəaliyyətibundan sonra da ciddi nəzarətdə saxlanılacaq. Qanunsuz məzmununyayılması, eləcə də uşaqların müdafiəsi prinsiplərinin pozulması dadaxil olmaqla mümkün yeni pozuntular diqqətlə izlənəcək.

Xatırladaq ki, yanvarın əvvəlində İndoneziya hökuməti “Grok”çatbotunun ölkədə istifadəsini müvəqqəti olaraq qadağan etmişdi.Buna səbəb platforma vasitəsilə pornoqrafik təsvirlərin, o cümlədənyetkinlik yaşına çatmayanlarla bağlı məzmunun yaradılması riskiolmuşdu.

Seçilən
25
1
az.trend.az

2Mənbələr