AZ

Bakıya qar yağacaq bu tarixdə…

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Bizim.media xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.

Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.

Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.

7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
21
dogru.az

10Mənbələr