AZ

Tramp Venesuela, Kanada və Qrenlandiyanın ABŞ a qoşulması ilə bağlı zarafat edib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən qəbul zamanı Venesuela, Kanada və Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması ehtimalı barədə zarafatla danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp jurnalistlər üçün qapalı formatda, paytaxtdakı hotellərdən birində təşkil olunan qəbulun iştirakçıları qarşısında çıxış edib. ABŞ administrasiyasının rəhbəri zarafatla bildirib ki, bəlkə də çıxışını yarımçıq dayandırmalı olacaq ki, ABŞ-ın Qrenlandiyaya “müdaxiləsini” izləsin. Daha sonra əlavə edib: “Biz Qrenlandiyaya müdaxilə etməyəcəyik. Biz onu alacağıq”.

Tramp həmçinin deyib: “Mənim heç vaxt Qrenlandiyanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətim olmayıb. Mən Kanadanı 51-ci ştat etmək istəyirdim. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə ABŞ-ın 53-cü ştatı ola bilər”. O, daha sonra söylədiklərinin ciddi qəbul edilməməli olduğunu vurğulayıb.

ABŞ lideri Federal Ehtiyat Sistemi (ABŞ-ın mərkəzi bankı funksiyasını yerinə yetirir) İdarə Heyətinin sədri vəzifəsinə namizəd göstərdiyi Kevin Uorşla bağlı da zarafat edib. “Əgər o, əsas faiz dərəcəsini aşağı salmasa, onu məhkəməyə verəcəyəm”, – deyə Tramp bildirib.

Qonaqlara müraciət edən Tramp deyib: “Burada nifrət etdiyim çox adam var. Amma əksəriyyətinizi bəyənirəm”. Qonaqlar arasında iri sahibkarlar, hazırkı və keçmiş vəzifəli şəxslər də olub.

Qəbul nüfuzlu “Alfalfa” Klubu tərəfindən təşkil edilib. Klub 1913-cü ildə yeganə məqsədlə — ABŞ Vətəndaş Müharibəsi (1851–1865) zamanı cənubluların ordusuna rəhbərlik etmiş general Robert Linin şərəfinə hər il eyni gündə banket keçirmək üçün yaradılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr