Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.
Bakıvaxtı.az xəbər verir ki, səfər 3-4 fevral tarixlərində baş tutacaq.
"Akorda"nın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tokayevin Qazaxıstan-Pakistan biznes forumunun işində iştirakı da gözlənilir.