AZ

Qızılın qiyməti 4 700 dollardan aşağı düşüb

2026-cı ilin fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti Nyu-Yorkun "Comex" birjasında yanvarın 19-dan bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 700 dollar səviyyəsindən aşağı enib.

 

Bunu Nyu-York əmtəə birjası "Comex"in ticarət məlumatları sübut edir.

 

Ticarət zamanı qiymətli metalın qiyməti 4 644,8 dollar təşkil edib ki, bu da 5,35 faiz azalma deməkdir.

 

APA

Tarix: 2 Fevral 2026, 08:46   
Seçilən
18
12
pravda.az

10Mənbələr