AZ

Polşada qış şaxtaları 92 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Polşada qışın başlanğıcından bəri güclü şaxtalar nəticəsində azı92 nəfər həlak olub.

Trend xəbər verirki, məlumatı daxili işlər nazirinin müavini Veslav ŞçepanskiTəhlükəsizlik üzrə Hökumət Mərkəzində müxtəlif xidmətlərinnümayəndələri ilə keçirilən təcili brifinqdə açıqlayıb.

Şçepanski ölkənin şərqində vəziyyətin xüsusilə ağır olabiləcəyinə diqqət çəkib: “Bu gecə Suvalk şəhərində (Podlyaskavoyevodalığı) temperatur mənfi 29 °C-yə qədər enə bilər, hissolunan temperatur isə mənfi 36 °C-dən mənfi 38 °C-yə qədərolacaq”.

O, əlavə edib ki, qışın başlanğıcından bəri azı 38 nəfərdonvurmadan, daha 54 nəfər isə dəm qazından zəhərlənərək ölüb.

Fövqəladə xidmətlər, o cümlədən təxminən 8,6 min polis əməkdaşı,soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmişbinaları, zibil konteynerlərini və kanalizasiya lüklərini yoxlayır.Şəhərlərdə xüsusi çadırlar qurulub, dəmir yolu stansiyaları isəgecə boyu açıq saxlanılır ki, insanlar sığınacaq tapabilsinlər.

Seçilən
23
az.trend.az

1Mənbələr