AZ

“Mançester Siti” Premyer Liqada son altı oyunda cəmi bir qələbə qazanıb

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasının 24-cü turunda “Mançester Siti” səfərdə “Tottenhem” ilə 2:2 hesablı heç-heçə edib. Bununla da “şəhərlilər” çempionatın son altı matçında cəmi bir qələbə qazanmış olublar.

İdman.Biz xəbər verir ki, Xosep Qvardiolanın komandası bu müddətdə “Sanderlend”lə 0:0, “Çelsi” ilə 1:1 və “Brayton” la 1:1 hesablı heç-heçələr edib. Ardınca “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzan “Mançester Siti” yalnız “Vulverhempton” üzərində 2:0 hesablı qələbə əldə edib. Son turda isə “Tottenhem”lə bərabərlik qeydə alınıb.

Növbəti turda, fevralın 8-də “Mançester Siti” səfərdə “Liverpul” ilə qarşılaşacaq.

Hazırda “Mançester Siti” 47 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr