AZ

Papa Leo ABŞ və Kuba arasında səmimi dialoqa çağırıb

BAKI, 2 fevral. TELEQRAF

Papa Leo ABŞ və Kuba arasında artan gərginliklə bağlı ciddi narahatlığını ifadə edərək tərəfləri səmimi və effektiv dialoqa çağırıb.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Vatikan rəhbəri bazar günü həftəlik Angelus duasından sonra bildirib ki, ABŞ ilə Kuba arasındakı münasibətlərdə gərginliyin artması zorakılığa və Kuba xalqının əzablarının dərinləşməsinə gətirib çıxara bilər. Papa Leo bu risklərin qarşısının alınması üçün dialoqun vacib olduğunu vurğulayıb.

O qeyd edib ki, Kuba yepiskopları ilə birlikdə məsul şəxsləri zorakılığın qarşısını almaq və kubalıların daha çox əziyyət çəkməməsi üçün səmimi danışıqlar aparmağa çağırır.

Seçilən
33
teleqraf.com

1Mənbələr