AZ

İtaliyada etirazlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət aldı

Bakı. Trend:

İtaliyanın Turin şəhərində etirazçılarla baş verən toqquşmalarzamanı 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Trend xəbər verirki, bu barədə ANSA rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insidentlər zamanı 97 polis əməkdaşı, 5 karabinervə Maliyyə Qvardiyasının 7 üzvü yaralanıb.

İtaliya rəhbərliyinin və müxalifətin nümayəndələrihüquq-mühafizə orqanları ilə həmrəylik ifadə ediblər. İtaliyanınBaş naziri Corcia Meloni xəstəxanada iki polis əməkdaşını ziyarətedib. O, baş verənləri qəbuledilməz adlandıraraq hadisəni “dövlətəhücum” kimi qiymətləndirib.

Məlumata görə, hökumətin sosial mərkəzi bağlamaq qərarına etirazolaraq təxminən 15 min nəfərin qatıldığı aksiya sonradaniğtişaşlara çevrilib. Nümayiş zamanı hökumət əleyhinə şüarlarsəsləndirilib, həmçinin Fələstinə dəstək çağırışları edilib.Etirazçılar zibil konteynerlərini yandırıb, polis əməkdaşlarına daşatıblar. Polis isə aksiyanı dağıtmaq üçün su şırnaqlarındanistifadə edib.

Maskalı etirazçıların polis əməkdaşını döyməsini əks etdirəngörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, bir neçənəfər saxlanılıb, ictimai asayişin pozulması və polisə müqavimətgöstərilməsi faktları üzrə araşdırmalara başlanılıb.

Seçilən
44
az.trend.az

1Mənbələr