AZ

Narkotikə görə saxlanılan Hasan Can Kayadan etiraf FOTO

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Həyatım boyu nəinki narkotik maddə, heç siqaret belə çəkməmişəm".Demokrat.az saytı xəbər verir ki, Türkiyədə həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan məşhur komediyaçı Hasan Can Kaya sərbəst buraxıldıqdan sonra ilk dəfə açıqlama verib. O, haqqındakı iddiaları rədd edərək, məhkəmə-tibbi ekspertizasının nəticələrinin onun günahsızlığını sübut edəcəyini vurğulayıb.Anadolu Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan təhqiqat çərçivəsində aralarında Hasan Can Kaya, Reynmen və Emirhan Çakal kimi tanınmış simaların da olduğu 11 nəfər nəzarətə alınmışdı. Jandarmadakı ifadə prosesindən və Adli Tibb Qurumunda qan və saç nümunələri verdikdən sonra şübhəlilər sərbəst buraxılıblar. İstintaq çərçivəsində "narkotik vasitələrin saxlanılması", "istifadəsinin asanlaşdırılması" və "yer təmin edilməsi" kimi ağır ittihamlar irəli sürülüb. Hazırda ölkə xaricində olan Enes Batur, Barış Murat Yağcı və digər 7 məşhur şəxs barəsində isə həbs qətimkan tədbiri seçilib.Hasan Can Kaya sosial media hesabı vasitəsilə pərəstişkarlarına müraciət edərək prosesin tamamilə hüquqi müstəvidə davam etdiyini bildirib. O, evində aparılan axtarışlar zamanı heç bir qanunsuz elementin tapılmadığını xüsusi qeyd edib. Məşhur komediyaçı həmçinin ictimaiyyəti rəsmi açıqlama olmayan xəbərlərə inanmamağa çağırıb.Qeyd edək ki, istintaq çərçivəsində adı hallanan bəzi digər şəxslərin müalicə və ya axtarış prosesləri davam edir.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
demokrat.az

1Mənbələr