AZ

Birinci xanım haqqında film yüksək gəlir gətirib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı haqqında olan "Melaniya" sənədli filmi 30 yanvar premyerasında təxminən 2,9 milyon dollar gəlir əldə edib.

Reyting.az "The Hollywood Reporter" qəzetinə istinadla xəbər verir ki, filmin ilk həftəsonunda 8 milyon dollardan çox gəlir əldə edəcəyi proqnozlaşdırılır və bu, onu son onilliyin ən uğurlu sənədli filmi edə bilər.

Proqnoz gerçəkləşərsə, "Melaniya" premyeralar arasında üçüncü yeri tutacaq və yeni Jason Statham döyüş filmi "Sığınacaq"ı (2026) geridə qoyacaq.

"Melaniya" filmi Amerika prezidentinin andiçmə mərasiminə qədər ABŞ-nın birinci xanımının həyatının 20 gününü əks etdirir. Filmin rejissoru Brett Ratnerdir.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
reyting.az

1Mənbələr