"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov xəbər verib.
O, Jeremi Qnali ilə danışıqların son mərhələdə olduğunu bildirib.
23 yaşlı futbolçu müdafiənin solunda və vinger mövqeyində çıxış edir.
O, Kiprin AEK (Larnaka) klubunda forma geyinir.
Qnali cari mövsüm 26 oyunda meydanda olub və 5 məhsuldar ötürmə edib. /Offsideplus.az