AZ

“Narkotik” əməliyyatında 11 məşhur şəxslə bağlı qərar verilib

ain.az, Sherg.az saytına istinadən bildirir.

İstanbul Anadolu Cumhuriyyət Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, komediya sənətçisi Hasan Can Kaya, sosial media fenomeni Reynmen (Yusuf Aktaş) və reper Emirhan Çakal daxil olmaqla 11 şəxs saxlanılıb.

Sherg.az xəbər verir ki, onlardan saç və qan nümunələri götürüldükdən sonra şübhəlilər xaricə çıxış qadağası kimi məhkəmə nəzarəti şərtləri ilə sərbəst buraxılıb.

Əməliyyat, 2025-ci ilin oktyabrında başlayan və “məşhurlara qarşı narkotik və fahişə əməliyyatları” kimi tanınan işin 14-cü dalğası çərçivəsində keçirilib. Məqsəd, özlərini toxunulmaz hesab edən elitlərə, məkan sahiblərinə, vasitəçi şəxslərə və media nümayəndələrinə “hər kəs eyni hüququn altındadır” mesajını çatdırmaq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sherg.az

1Mənbələr