ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İran İslam Respublikası müharibəyə tam hazırdır və bu səbəbdən mümkün hərbi qarşıdurmadan narahat deyil.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda CNN-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, belə bir münaqişə baş verərsə, proses İranın sərhədlərindən kənara da yayıla bilər.
Əraqçi eyni zamanda Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşmanın mümkün olduğuna inandığını deyib. Bununla belə, o vurğulayıb ki, İran tərəfi danışıqlarda tərəfdaş kimi ABŞ-a etimadını böyük ölçüdə itirib.
Nazir qeyd edib ki, regiondakı dost ölkələr vasitəsilə aparılan mesaj mübadiləsi Vaşinqtonla daha səmərəli danışıqlar üçün müəyyən imkanlar yaradır. Bununla yanaşı, o, İranın ABŞ nümayəndələri ilə birbaşa danışıqlara başlayacağına dair hər hansı öhdəlik götürməkdən imtina edib.
Əraqçinin sözlərinə görə, danışıqlarda əsas məsələ format deyil, məzmun olmalıdır və diqqət İranın nüvə imkanlarına yönəldilməlidir.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.