AZ

Bəlucistana hücumlardan sonra Pakistan 100-dən çox silahlını məhv edib

Son iki gün ərzində Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirərək qadağan olunmuş "Bəlucistan Azadlıq Ordusu" (BAO) ilə əlaqəli 100-dən çox silahlını məhv ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, reydlər, əsasən, mülki şəxslərdən ibarət 33 nəfərin ölümü ilə nəticələnən bir sıra hücumlardan sonra keçirilib.

Əməliyyatlar zamanı həmçinin təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı, qadın və uşaqlar da daxil olmaqla, 18 mülki şəxs həlak olub.

Əyalətin baş naziri Sarfraz Buqti jurnalistlərə bildirib ki, qoşunlar və polis operativ şəkildə cavab verərək BAO-nun 145 üzvünü məhv ediblər. Onun sözlərinə görə, son iki gündə öldürülən silahlıların sayı son onilliklərdə ən yüksək rəqəm olub.

Seçilən
14
3
ikisahil.az

4Mənbələr