AZ

ABŞ-nin yeni səfiri yeddi illik fasilədən sonra Venesuelaya gəldi

ABŞ-nin Karakasdakı yeni səfiri Laura Doqu, təxminən yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək məqsədilə Venesuelaya gəlib.

AzNews.az xəbər verir ki, ABŞ-nin Karakasdakı səfirliyi X şirkətinin sosial media platformasında səfir Doqunun Mayketiya Beynəlxalq Hava Limanına gəlişini əks etdirən foto paylaşıb.

Paylaşımda qeyd olunur: "Mən və komandam işə başlamağa hazırıq".

Venesuela xarici işlər naziri İvan Gil Telegram paylaşımında bildirib ki, Doqunun səfəri iki ölkə arasındakı fikir ayrılıqlarının beynəlxalq hüquq və qarşılıqlı hörmətə əsaslanaraq diplomatiya və dialoq yolu ilə həlli üçün vacibdir.

Laura Doqunun Venesuelaya gəlişi 2019-cu ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək məqsədini daşıyır.

Seçilən
20
4
aznews.az

9Mənbələr