AZ

ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını artırır

Vaşinqton İranın ehtimal olunan cavab zərbəsi fonunda Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını artırır.

Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbə barədə göstəriş versə, bu, Tehranın proporsional cavabına səbəb ola bilər. 

Bu risk isə İsrailin, ABŞ müttəfiqlərinin və regionda yerləşdirilən Amerika hərbi kontingentinin müdafiəsi üçün əlavə HHM imkanlarının yaradılmasını zəruri edir.

Məlumata görə, Pentaqon əlavə olaraq "THAAD" (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sisteminin, həmçinin ABŞ hərbçilərinin yerləşdiyi bazalarda bir neçə “Patriot” HHM kompleksinin yerləşdirilməsi üzərində işləyir. ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirilir ki, bu səbəbdən Vaşinqtonun İrana zərbə endirməsi yaxın perspektivdə gözlənilmir.

Bununla yanaşı, qəzet qeyd edir ki, prezident müvafiq əmr verərsə, ABŞ hərbçiləri hazırda İrana qarşı məhdud zərbələr endirə bilər. Ağ Evin sahibi isə hələlik İrana qarşı gücdən istifadə edib-etməyəcəyi və bunun hansı formada olacağı barədə açıqlama verməyib.

Seçilən
3
3
bakivaxti.az

4Mənbələr