AZ

​Azərbaycanda 67 yaşlı general özünə toy etdi -

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Nazim Əliyev özünə toy edib.Metbuat.az Gununsesi.info-ya istinadən xəbər verir ki, general özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub. Təmtəraqlı toy məclisi təşkil edən Nazim Əliyevin yeni həyat yoldaşı ilə nigahı da toy məclisində təsdiq olunub. Xatırladaq ki, Nazim Əliyev 1959-cu ildə Ağdam rayonunda anadan olub. 2011-2020-ci illərdə Polis Akademiyasının rəisi işləyib. Hüquq üzrə elmlər doktorudur. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.


Seçilən
36
10
metbuat.az

10Mənbələr