AZ

Ukrayna Müdafiə Nazirliyi: İsveç ən böyük hərbi yardım paketlərindən birini hazırlayır

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsveç Ukraynaya təhlükəsizlik sahəsində ən böyük yardım paketlərindən birini hazırlayır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna müdafiə naziri Mixail Fedorov İsveçin müdafiə naziri Pol Yonsonla PURL vasitəsilə ballistik təhdidlərə qarşı mübarizə, müdafiə innovasiyaları üçün "Brave–Sweden" proqramının işə salınması, "Gripen" təyyarələrinin və "Meteor" raketlərinin ötürülməsi məsələlərini müzakirə edib", – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, İsveç tərəfi genişmiqyaslı yardım paketi hazırlayır. Paketə "Saab" şirkətinin istehsalı olan hava hücumundan müdafiə vasitələri və radiolokasiya stansiyaları, həmçinin Ukraynanın müdafiə-sənaye kompleksinə radioelektron mübarizə sistemləri və "deep strike" daxil olmaqla, dron yatırımları daxildir.

Fedorov Ukraynanın müdafiəsinə ardıcıl dəstəyə və yeni investisiyalara görə İsveçə təşəkkür edib. Tərəflər bir neçə əsas əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetiriblər.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiənin gücləndirilməsi və ballistik təhdidlərə qarşı mübarizə sahəsində Ukrayna və İsveç PURL təşəbbüsünə əlavə töhfələr verməklə Ukrayna Silahlı Qüvvələrini kritik silahlarla, xüsusən ballistik raketlərə qarşı müdafiə vasitələri ilə təmin etməyi planlaşdırır.

Bundan əlavə, İsveç ərazisində təhlükəsizlik sahəsində birgə istehsalın başlanması müzakirə olunub.

Söhbət zamanı tərəflər aviasiya komponentinə dair məsələləri, xüsusən Gripen təyyarələrinin və Meteor raketlərinin ötürülməsi imkanlarını ətraflı müzakirə ediblər. Bu silahlar idarəolunan aviasiya bombaları daşıyan təyyarələrə qarşı mübarizədə əsas vasitələr hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azpolitika.info

5Mənbələr