İsveçrədə Kran-Montana kurortundakı barda baş verən yanğın nəticəsində həlak olanların sayı 41-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə "Blick" qəzeti Valais kantonunun prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, 18 yaşlı isveçrəli gənc yanıq xəsarətlərinin nəticəsində bu il yanvarın 31-də Sürix xəstəxanasında dünyasını dəyişib.
Xatırladaq ki, yanğın 1 yanvar gecəsi İsveçrənin mərkəzindəki məşhur dağ-xizək kurortu olan Kran-Montanadakı "Le Constellation" barında baş vermişdi. Yanvarın 2-də polis 40 nəfərin öldüyünü və 119 nəfərin xəsarət aldığını təsdiqləmişdi.