Almaniya parlamentinin (Bundestaq) sabiq sədri Rita Züssmut vəfat edib.
Publika.az xəbər verir ki, Xristian Demokratlar İttifaqının (CDU) üzvü olan siyasətçi 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Züssmut 1988-1998-ci illərdə parlamentin sədri vəzifəsini icra edib.