AZ

İran bu şəxsləri ölkədən qovur

Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.

"Yeni Sabah" xəbər verir ki, bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.

"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.


Telegram kanalımız
Seçilən
37
1
yenisabah.az

10Mənbələr