AZ

ABŞ-nin rəhbərlik etdiyi qüvvələr hərbi texnikanı İraqın şimalına köçürür

BAKI, 1 fevral. TELEQRAF

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən bazadan hərbi texnikanı İraqın şimalına köçürür.

Teleqraf xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.

Bildirilir ki, texnika Həsəkə əyalətində yerləşən “Xarab əl-Cir” bazasından çıxarılır. Məlumata əsasən, bazanın hava məkanı hərbi təyyarələr tərəfindən patrul olunur.

Qeyd edək ki, yanvarın 18-də Suriya prezidenti Əhməd əl-Şaraa ölkənin şimal-şərq bölgəsinə nəzarət edən kürd koalisiyası – “Suriya Demokratik Qüvvələri” ilə atəşkəs razılaşmasını təsdiqləyib.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr