AZ

“Başa düşürəm ki, 4:0 xoşagəlməz hesabdı” Andrey Demçenko

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli premyer-liqasının 18-ci turunda “Araz-Naxçıvan” “Neftçi”yə uduzdu - 4:0. “Football-plus.az” naxçıvanlıların baş məşqçisi Andrey Demçenkonun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- 1-ci hissə yaxşı keçmədi. Qollar standart vəziyyətdən vuruldu. Bunlar bizim səhvlər idi. Diqqətsizlik etdik ki, 2 qol vurdular. İkinci hissədə daha yaxşı oynadıq, təhlükəli vəziyyətlər yaratdıq. Hücum oyunu üçün istək lazımdı. Bunu görmədim. “Neftçi”ni təbrik edirəm.- “Araz-Naxçıvan” rəhbərliyi tələbkarlığı ilə seçilir. Mövsümün sonuna qədər göndərilmək ehtimalınız var?- Başa düşürəm ki, 4:0 xoşagəlməz hesabdı. Futbolçulara hücum futbolu öyrətmək istəyirəm. Bunu üç həftəyə düzəltmək asan iş deyil. Hər şeyi zaman göstərəcək. Burda qalıb-qalmayacağımı zaman göstərəcək. Oyunlardan aslıdı.- Əvvəl müdafiəni bacaran komanda indi bu baxımdan da yadırğayıb.- Bəli. 4 qol buraxdıq. Daimi müdafiə Avropa futbolu deyil. Rəngarəng, müasir Avropa futbolu öyrətmək istəyirik. - Komandanı ötən mövsüm avrokuboklara çıxaran futbolçular - Nunu, Santos, Maçado ehtiyatda qalır. Niyə?- Mənim üçün əsas məşq prosesidi. Kim dediklərimi daha yaxşı qavrayırsa, o da oynayır. Əsas məşq, sonra oyun.- Sizin üçün məşqdə özünü yaxşı göstərən Keyta önəmlidi, yoxsa oyuna sonradan çıxıb fərq yaradan Santos?- Oyunu biz görürük. Santos yaxşı hücum edir, amma qeyri-sabitdi. Futbol həm də hücumdan aslıdı. Müasir futbolda müdafiə 11 nəfərlə olmalıdı.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr