Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Niderlandın paytaxtı Amsterdamda, şəhərin mərkəzində yerləşən Dam meydanında Avropa İttifaqı və NATO-nun militarizasiya kursuna qarşı etiraz aksiyası baş tutub.
Teleqraf xəbər verir ki, aksiya iştirakçıları Aİ rəhbərliyinin Ukraynaya dəstəyi, sanksiya və miqrasiya siyasəti də daxil olmaqla bir sıra istiqamətlər üzrə apardığı siyasətlə razı olmadıqlarını bildiriblər.
Nümayiş zamanı “Aİ-nin tiraniyasına son verin”, “NATO olmasa, müharibə olmaz” kimi şüarlar yazılmış plakatlar qaldırılıb.
Etirazçılar, həmçinin Venesuela, Kuba və İranın bayraqlarını nümayiş etdiriblər. Aksiyada politoloq və jurnalist Ab Gitellink də daxil olmaqla “Sülh və həmrəylik naminə” platformasının təmsilçiləri çıxış ediblər.
Paylanılan vərəqələrdə Aİ və NATO ölkələrinin sülh və demokratiya adı altında müharibələri alovlandıran siyasət” yürütdüyü iddia olunur və Kiyevə hərbi və maliyyə dəstəyinin dayandırılması çağırışı səsləndirilib.
Aksiya təxminən iki saat davam edib və dinc şəraitdə keçib. Polis tədbir zamanı ərazidə olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.