AZ

Səidə Akif Nağıya cavab verdi: ”Yəqin, evində də əxlaqsız sözlərlə danışır”

“Kostyum geyinib, özlərini kişi kimi göstərirlər. Amma anlamırlar ki, əsil kişi qadını sosial şəbəkədə söyməz. Bu adamlarda məndə olan mərdliyin heç bir faizi də yoxdur. Akif Nağı barəmdə təhqiramiz fikirlər səsləndirib. Belə çıxır ki, o evində də bu sözlərdən istifadə edir. Əks halda o cür kəlmələr onun dilinə yad olardı”.

NOCOMMENT.az bildirir ki, bunu açıqlamasında teleaparıcı Səidə Bəkirqızı Azad Vətən Partiyasının sədri Akif Nağının sosial media hesabında onu təhqir etməsindən danışarkən deyib.

O bildirib ki, keçmiş məcburi köçkünlərlə bağlı mövzunun yenidən qızışmasına səbəb aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə olub.

Orada verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb:

“Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verlişdə məcburi köçkünlər mövzusunu açıb, mənim üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.

O, anlamadı ki, mən həmin açıqlamada və ondan əvvəl də bütün məcburi köçkünləri nəzərdə tutmuram. Qarabağda ev verilməsinə rəğmən, vaxtı ilə girdiyi evlərdən çıxmayan məcburi köçkünləri nəzərdə tutmuşam. Onlara demişəm ki, Qarabağa qayıdın. Ümumiyyətlə, fikirlərim o adamlara təsir etdi ki, onun-bunun evinə girmişdi və Qarabağda ev verilsə də çıxmırdı.

Ulvira həmin verilişdə bu mövzunu yenidən qızışdırdı və özünə reytinq yığdı. Ondan sonra Akif Nağı kimi adamlar başladı məni təhqir etməyə. Halbu ki, mən daim şəhid ailələrinin yanınd olan, qazilərə öz cibindən dərman alan adamam. Bunu nə Ulvira, nə də Akif Nağı edib.

Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli, elə dediyin sözlər sənə aiddir. Akif Nağı, sənin başq işin yoxdur? İndi də sən üzərimdən reytinq yığırsan? İndi biz də çıxıb sənin haqqında bildiklərimizi danışaq?

Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Deputat seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”.\\Musavat.com

Seçilən
1
6
nocomment.az

8Mənbələr