AZ

Ağsudakı qəzada yaralanan şəxslərin vəziyyəti - YENİLƏNİB

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, fevralın 1-də, saat 00:20-də dörd nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir", məlumatda deyilir.

***

Ağsuda avtomobil qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb. 

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
redaktor.az

1Mənbələr