Amerikalı iş adamı İlon Mask bildirib ki, Rusiya tərəfinin "Starlink" peyk internetindən icazəsiz istifadəsinin qarşısını almaq üçün tədbirlər görüb.
Publika.az xəbər verir ki, o, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorovun "X" sosial şəbəkəsindəki dronlarla bağlı paylaşımına yazdığı şərhdə qeyd edib.
"Daha nəsə etmək lazımdırsa, xəbər edin", - deyə Mask vurğulayıb.
Fydorov cavabında bildirib ki, görülən ilk tədbirlər artıq nəzərəçarpacaq nəticələr verir. Onun sözlərinə görə, Ukrayna "SpaceX" komandası ilə sıx əməkdaşlığı davam etdirir.