“Düzünü deyim ki, bizdə alqışlamaq deyə şey yoxdur”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova ARB-nin efirində yayımlanan “İki başlı” verilişində deyib.
O bildirib ki, Azərbaycanda sənətçilər alqışa layiq olsalar da, bundan məhrum olunurlar:
“Ağdamda məni çox sevirlər. Türkiyədə də tanınıram. Doğrunu deyək. Ancaq deyirik ki, bizi alqışlayın. İnşallah, yavaş-yavaş olar. Sənət aləmində belə alqışlamırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur, amma alqışlamır”.