Melburnda kişilər arasında tennis üzrə Avstraliya Açıq Çempionatının turnirində final oyunu başa çatıb.
Moderator.az xəbər verir ki, ispaniyalı Karlos Alkaras serbiyalı Novak Cokoviçə 2:6, 6:2, 6:3, 7:5 hesabı ilə qalib gəlib.
Görüş üç saata yaxın davam edib. 22 yaşlı Alkaras karyerasında ilk dəfə Avstraliya Açıq Çempionatının qalibi olub.
O, bu nəticə ilə "Böyük Dəbilqə" seriyalı bütün turnirlərdə qalib gəlmiş ən gənc tennisçi olub. Dünyanın bir nömrəli raketka ustasının aktivində ümumilikdə yeddi "Böyük dəbilqə" qalibiyyəti var.