AZ

İndoneziya hökuməti Grok çatbotun istifadəsinə yenidən icazə verib

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İndoneziya ölkədə amerikalı milyarder İlon Maskın "xAI" şirkətinə məxsus "Grok" çatbotunun istifadəsinə yenidən icazə verib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Yanvarın əvvəlində İndoneziya hakimiyyəti, yetkinlik yaşına çatmayanların da daxil olduğu pornoqrafik şəkillər yaratmaq qabiliyyətinə görə ölkədə "Grok" çatbotunun istifadəsini müvəqqəti olaraq qadağan etmişdi.

Qeyd olunub ki, İndoneziya hökuməti "xAI"dən şirkətin "Grok" çatbotundan sui-istifadə hallarına qarşı mübarizə aparmaq üçün tədbirlər gördüyünü bildirən məktub alıb.

Vurğulanıb ki, hökumət baş verə biləcək pozuntulara görə "Grok"un fəaliyyətlərini izləməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
icma.az

4Mənbələr