AZ

Pakistanda dəhşət: Banklar, hərbi obyektlər vuruldu

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistanda separatçı Bəlucistan Azadlıq Ordusunun (BLA) silahlıları tərəfindən törədilən hücumlar nəticəsində 120-dən çox insan həlak olub.

Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi rəsmi mənbələrə istinadə məlumat yayıb.

Məlumatda bildirilir ki, silahlılar Bəlucistan əyalətində banklara, həbsxanalara və hərbi obyektlərə hücum ediblər.

Pakistan ordusunun açıqlamasına əsasən, ölənlər arasında azı 18 mülki şəxs, 15 təhlükəsizlik əməkdaşı və 92 hücumçu var. Rəsmilərdən biri toqquşmalar zamanı rayon komissarının müavininin qaçırıldığını bildirib.

Əyalətdə 24 saatdan artıqdır ki, mobil internet kəsilib, nəqliyyatın hərəkəti dayanıb, dəmir yolu xidməti isə tamamilə dayandırılıb. Partlayışlardan sonra əyalətin paytaxtı Kvetta faktiki olaraq boşalıb.

“Evdən çıxan heç kim sağ-salamat qayıdacağına əmin ola bilməz. Daim geri dönüb-dönməyəcəyin barədə qorxu var”, – deyə Kvettada yaşayan 39 yaşlı dükan sahibi AFP-yə bildirib.

Pakistan ordusu yanvarın 31-də hücuma məruz qalan ərazilərdə təmizləmə əməliyyatları apardığını açıqlayıb. Bəyanatda vurğulanıb ki, bu dəhşətli və qorxaq hücumun təşkilatçıları, icraçıları və onlarla əlbir olanlar məsuliyyətə cəlb ediləcəklər.

Yanvarın 30-da Pakistan hakimiyyəti Bəlucistanda keçirilən reydlər zamanı 41 silahlının öldürüldüyünü elan edib. Rəsmi İslamabad hücumçulara Hindistanın dəstək verdiyini iddia edir. Yanvarın 31-də isə “Röyters” təhlükəsizlik mənbələrinə istinadən toqquşmalar nəticəsində 80-dən çox insanın öldüyünü yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
4
axar.az

5Mənbələr