“Verder”in mətbuat xidməti Horst Steffenin baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, dünən, 31 yanvarda Bremen komandası evdə “Borussiya Mönhenqladbax”la 1-1 hesablı heç-heçə edib.
Bu, “Verder”in qələbəsiz seriyasını on bir oyuna çatdırıb. Klubun son qələbəsi 7 noyabr 2025-ci ildə “Volfsburq”a (2-1) qarşı olub. Steffen 2025-ci ilin yayından bəri “Verder”i çalışdırırdı.