AZ

Salah Anri ilə Runini geridə qoydu

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında daha bir rekord müəllifi olub.

Fanat.Az xəbər verir ki, "qırmızılar"ın 24-cü turda evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda Salah üçüncü qolunun ötürməsini edib.

"Squawka"-nın hesablamasına görə, misirli oyunçu üçün bu, onun "Enfild"dəki 152-ci məhsuldarlığı olub. Salah bir stadionda əldə etmiş olduğu bu göstəriciyə görə rekorda imza atıb.

Qeyd edək ki, "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri ilə "Mançester Yunayted"in əfsanəsi Ueyn Runinin müvafiq olaraq "Hayberi" və "Old Trafford"da uyğun nailiyyəti 151-ə bərabərdir.

Ümumilikdə, Salah bu mövsüm "Liverpul"da 24 matça çıxaraq 6 qol vurub və 6 ötürmə edib.

Seçilən
2
fanat.az

1Mənbələr