AZ

Azərbaycan üzərindən Ermənistana növbəti taxıl partiyası göndərildi - FOTO

Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib.
 
Moderator.az xəbər verir ki, bu dəfə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Qatar əvvəlcə Gürcüstana, daha sonra Ermənistana daxil olacaq.
 
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın taxıl) göndərilib.
Seçilən
22
33
moderator.az

10Mənbələr