AZ

“Qarabağ”ın “1 nömrə”si Çempionlar Liqasının “TOP-10-luğ”unda

“Bodo-Qlimt”in rusiyalı qapıçısı Nikita Haykin Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində ən çox seyv edib.

Sportinfo.az bu barədə UEFA-nın statistik hesabatına istinadən məlumat yayıb.

O, turnirdə keçirdiyi 8 oyunda 49 qurtarış edib.Reytinqdə ikinci yerdə Madridin “Real” klubunun qapıçısı Tibo Kurtua qərarlaşıb - 41 seyv.

Üçüncü pilləni isə iki qolkiper bölüşür: Xeronimo Rulli (“Marsel) və Temirlan Anarbekov (“Kayrat”) - 36 seyv.

Daha sonra Çexiyadan “Slaviya”nın qapıçısı İndrix Stanek gəlir — 34 seyv.

Üç qolkiper isə turnirdə 30 seyv edib. Bunlar “Qarabağ”ın qapıçısı Mateuş Koxalski, PSV-dən Matey Kovarj və “Kopenhagen”dən Dominik Kotarskidir.

Bu göstərici üzrə ilk “10-luğ”u *Nyukasl”ın qapıçısı Nik Poup (28 seyv) və *Benfika”nın formasını geyinən Anatoli Trubin (27 seyv) tamamlayır.

Seçilən
11
sportinfo.az

1Mənbələr