ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
UFC-nin mətbuat xidməti Sidneydə (Avstraliya) “Kudos Bank Arena”da keçirilən UFC 325 turnirindən sonra bonus qazanan döyüşçülərin siyahısını açıqlayıb.
İdman.Biz xəbər verir ki, gecənin ən yaxşı çıxışına görə bonus alan idmançılardan biri azərbaycanlı döyüşçü Rafael Fiziyevin rəqibi Maurisio Ruffi olub. Braziliyalı döyüşçü ikinci raundda texniki nokautla qələbə qazandığı qarşılaşmadan sonra 100 min dollar (170 min AZN) məbləğində mükafata layiq görülüb.
UFC 325 turnirinin bonusları belə bölüşdürülüb:
Gecənin ən yaxşı çıxışı – Maurisio Ruffi və Kuillan Salkilld (hər biri 100 min dollar).
Gecənin ən yaxşı döyüşü – Aleksandr Volkanovski – Dieqo Lopes qarşılaşması (100 min dollar).
Qeyd edək ki, 2026-cı ildən etibarən UFC prezidenti Dana Uayt bonusların məbləğinin artırılması barədə qərar qəbul edib. Əvvəllər hər kateqoriya üzrə bonuslar 50 min dollar (85 min AZN) təşkil edirdi.
UFC-nin növbəti böyük turniri olan UFC 326 martın 7-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.