
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi dövründə Rusiya ilə Birləşmiş Ştatlar arasındakı təmaslar daha məhsuldar xarakter alıb və bu, ümumi işin xeyrinədir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O qeyd edib ki, tərəflər arasındakı hazırkı dialoq müsbət nəticələr verir: "Amerikalılarla təmaslar xeyli məhsuldar olub. Mənə elə gəlir ki, bu, işin xeyrinədir".
Rusiya rəsmisi həmçinin ABŞ Prezidentinin niyyətlərinə də toxunub. O vurğulayıb ki, Donald Tramp tarixdə sülhməramlı kimi qalmaq arzusundadır və "bunu reallaşdırmağa həqiqətən çalışır".