AZ

Antalyada sərnişin avtobusu dərəyə aşdı - 8 ölü, 26 yaralı

"Antalyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub, daha 26 nəfər isə xəsarət alıb".

Redaktor.az "Haber Global" telekanalına istinadən xəbər veirr ki, bu barədə jurnalistlərə Antalya vilayətinin valisi Hulusi Şahin bəyan edib.

"Bu gün saat 10:20-də (Bakı vaxtı ilə 11:20 - red.) Antalyanın Döşemealtı rayonunda avtobus döngəni keçə bilməyərək dərəyə aşıb. Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır", - deyə o vurğulayıb.

Vali qeyd edib ki, yaralılar arasında vəziyyəti ağır olanlar var.

"Avtobusda 34 nəfər olub. İlkin ehtimala görə, qəza yolun yaş olması və sürücünün döngəyə tələb olunan sürətdən daha yüksək sürətlə daxil olması səbəbindən baş verib. İstintaq başlayıb", - deyə o bildirib.

Seçilən
1
1
redaktor.az

2Mənbələr