AZ

Ağdamda ev, Goranboyda ferma yanıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər hadisə Goranboy rayonunda baş verib. Belə ki, ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 100 m² sahədə və 1,2 ton ot bağlanması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
18
6
far.az

10Mənbələr