Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Antalya vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
Bu barədə vilayətin qubernatoru Hulusi Şahin deyib.
Onun sözlərinə görə, qəza nəticəsində səkkiz Türkiyə vətəndaşı həlak olub, 26 nəfər yaralanıb.
"Bu səhər, təxminən saat 10:20-də Antalyanın Döşemealtı rayonunda avtobus döngəni keçə bilməyərək xəndəyə aşdı. Təəssüf ki, səkkiz vətəndaşımız həlak oldu, daha 26 nəfər yaralandı", - deyə o bildirib.
Onun sözlərinə görə, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. O qeyd edib ki, "yaralılar arasında ağır vəziyyətdə olanlar var". trend