AZ

İtaliya klubu Roberto De Zerbini baş məşqçi təyin etmək istəyir

İtaliyanın "Fiorentina" klubu Roberto De Zerbini baş məşqçi təyin etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Mütəxəssisin Fransa təmsilçisi "Marsel"dəki taleyi qeyri-müəyyən olaraq qalır.

"Fiorentina" isə bu vəziyyətdən istifadə etmək niyyətindədir. Klubun idman direktoru De Zerbini əsas namizəd hesab edir və onu A Seriyasına qayıtmağa razı salmağa çalışır.

"Marsel"in UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra mütəxəssis istefa verib, lakin rəhbərlik buna qarşı çıxıb.

"Fiorentina"nın hazırkı baş məşqçisi Paolo Vanolidir. Komanda 23 turdan sonra A Seriyasında 17 xalla 18-ci pillədə qərarlaşıb.

Seçilən
14
far.az

1Mənbələr